lider-media.az

NATO DTMM-də Azərbaycan Bayrağı qaldırılıb

Baxış: 43 Tarix: 7-06-2025, 14:22

Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib. 
Mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin sədası altında Dövlət Bayrağımız qaldırılıb.
Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, beynəlxalq əməkdaşlıqda və kollektiv təhlükəsizlikdəki rolunu vurğulayaraq, onun bugünkü qloballaşan dünyadakı həlledici əhəmiyyətini qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının NATO DTMM-yə beşinci üzv kimi qəbul edilməsinin mühüm proses olması və mövcud üzv ölkələr – Türkiyə, Yunanıstan, Portuqaliya və Rumıniya ilə birlikdə dəniz təhlükəsizliyinin gələcəyini formalaşdırmaq öhdəliyinin göstəricisi olduğu vurğulanıb. Çıxışda, həmçinin 2025-ci ildən etibarən 3 il müddətinə NATO DTMM-də “EDU/007 – Təhsil üzrə Qərargah Zabiti” vəzifəsinə təyin edilmiş 3-cü dərəcəli kapitan Muradov Murad Eldar oğlunun xidmət müddətində qazandığı təcrübəni öz ölkəsində uğurla tətbiq edəcəyi əminliklə vurğulanıb.
Mərasimin sonunda Azərbaycan Respublikasının NATO DTMM-yə töhfə verən ölkə olaraq qatılması şərəfinə zabitimizə xatirə hədiyyəsi təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi