lider-media.az

Bakıdan Bərdəyədək

Baxış: 192 Tarix: 7-06-2025, 10:07

bakidan-berdeye-qeder-ilanla-yol-yoldasi-oldular

Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadisə ilə üzləşib. Belə ki, ailə üzvləri Yasamaldan çıxan avtomobilin üzərində ilan olduğunun fərqinə varıb. Ailənin “Müsavat”a verdiyi məlumata görə, ilan avtomobilin üzərində yol boyu hərəkət edib və dörd saatlıq səyahət ərzində maşını tərk etməyib. Maşında uşaqların da olması ailə üzvlərində ciddi təşviş yaradıb. Nəhayət, ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb. Qeyd edək ki, son vaxtlar Bakının müxtəlif ərazilərində ilanların görünməsi ilə bağlı məlumatlar yayılır. Xüsusilə ilanların yaşayış məntəqələrinə, həyətlərə və hətta evlərin içinə daxil olması halları müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti havaların isinməsi, qida axtarışı və ilanların təbii yaşayış yerlərinin daralması ilə əlaqələndirirlər. Ən çox müşahidə olunan ərazilərin isə Yasamal, Sabunçu və Binəqədi rayonlarının ətrafı, Qaradağ və Hövsan istiqamətlərinin olduğu bildirilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi