lider-media.az

Xətai rayonunda "Musiqili Bakı" festivalı çərçivəsində möhtəşəm konsert proqramı təşkil olunub

Baxış: 396 Tarix: 7-06-2025, 08:57

Xətai rayonunda "Musiqili Bakı" festivalı çərçivəsində Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsi və YAP Xətai rayon təşkilatının təşəbbüsü, əməkdar artist Nİgar Şabanova və tanınmış ifaçı Vasif Əzimovun iştirakı ilə konsert proqramı təşkil olunub.
Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Vətən müharibəsi qəhrəmanları Nizami Mövlanov, Rəşad Qasımlı, Zaur Hüseynov, C. Naxçıvanski adına Azərbaycan Hərbi Liseyin kursantları, şəhid ailələri, qazilər, rayon sakinləri qatılıblar.
Konsertdə incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.
Tədbir sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi