lider-media.az

Politoloq: "Paşinyanın bayram təbriki radikal müxalifəti və kilsəni qəzəbləndirəcək, amma o buna hazırdır"

Baxış: 106 Tarix: 6-06-2025, 23:42

 
Lider-media.az
-a danışan politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın Qurban bayramı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və İran Prezidenti Məsud Pezeşkiana zəng edərək onları təbrik etməsinə diqqət çəkib. Onun sözlərinə görə, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi birbaşa təbrik etmək əvəzinə, yalnız sosial şəbəkədə Azərbaycan xalqına təbrik ünvanlamağı üstün tutub.

Şahinoğlu qeyd edir ki, bu jest Ermənistanın radikal müxalifətinin və kilsəsinin ciddi narazılığına səbəb olacaq. Lakin Paşinyan və onun komandası artıq bu təpkilərə hazırdır və qarşı tərəfin təzyiqlərinə baxmayaraq, Azərbaycanla sülh sazişinin imzalanmasından, hətta diplomatik əlaqələrin qurulmasından və ticarətə başlanmasından başqa alternativ olmadığını açıq şəkildə ifadə edirlər.

Politoloq hesab edir ki, əgər Paşinyan Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən maddəni çıxarsa, bu, sülh sazişinin imzalanması üçün əsaslı addım olacaq.
Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi