lider-media.az

Akademik İradə Hüseynova AMEA-nın Fəxri fərmanı ilə təltif olunub

Baxış: 479 Tarix: 6-06-2025, 17:24

Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə AMEA-nın 80 illiyinə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda keçirilən elmi konfransda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovaya Akademiyanın Fəxri fərmanı təqdim olunub. Fəxri fərmanı akademik İradə Hüseynovaya AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edib. AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın elm-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verən akademik İsa Həbibbəyli onu molekulyar biologiya sahəsində görkəmli alim və bacarıqlı elm təşkilatçısı kimi dəyərləndirib, müvafiq elmi istiqamətlər üzrə mühüm nəticələrin müəllifi kimi tanındığını deyib. Sonra akademik İradə Hüseynova çıxış edərək əməyinə verilən yüksək dəyərə görə AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib. Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə akademik İradə Hüseynova səmərəli elmi-təşkilati fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi