Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da hər il Qurban bayramı böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir, Allah yolunda qurbanlar kəsilir, dualar edilir, bayramlaşırlar. Hər addımda sevincin, mərhəmətin, paylaşmanın xoş sədası eşidilir.
Qurban bayramı - sevginin, paylaşmanın və fədakarlığın rəmzidir. Bu bayram, insanın məhəbbətini, sadiqliyini göstərmək üçün mühüm məqamlardan biridir. Hər il bu bayramda günəşin nuruyla birlikdə ürəklər də işıqlanır, insanlar bir-birinə sevgi və hörmətlə yanaşırlar. Bayramın ruhu qurban verməkdədir - nəfsimizi, arzularımızı Allaha hədiyyə etməklə bərabər, ehtiyacı olanla paylaşmaqda, əl uzatmaqda təcəssüm tapır. İnsanın səmimi və saf qurbanlığı onun daxili təmizliyini, mərhəmətini əks etdirir. O, həm də xatırladır ki, həyatda ən böyük sərvət paylaşmaqdır.
Bayram günlərində süfrələr bərəkətlə dolur, ailələr, dostlar bir araya gəlir. Hər kəsin gözü xoşbəxtliklə parıldayır, hər ürəkdə bir alov yanır. İnsanın özünü, ailəsini, cəmiyyəti daha da möhkəm bağlarla birləşdirdiyi, sevgi və xeyirxahlığın dilə gəldiyi müqəddəs bayramdır. Bu gündə ulduzlar altında dualar yüksəlir, açılan qollar insanlığa sarılır. Süfrələrdə bərəkət, qəlblərdə sülh hökm sürür. Bayramın saf niyyəti ürəkləri isidir, könüllərdə bir işıq yanır, o işıq ki, ən dərin qaranlıqları belə aydınladır. Bu günlərdə hər bir kəs bağışlamağa, kömək etməyə hazır olur.
Bayramın əsas məqsədlərindən biri imkansız insanlara bayram günlərində sevinc yaşatmaq, onlara bayram əhval-ruhiyyəsi bəxş etmək, imkansız insanlara cəmiyyətin bütövlüyünü, həmrəyliyini, yanında olduğunu hiss etdirməkdir.
Qurban bayramının əsas ənənələrindən biri də bayram günü qurban kəsilməsidir. İslama görə Qurban payı 3 yerə bölünməlidir. Payın biri qohumlara, biri qonşulara verilməli, digərini isə ev sahibi özünə saxlamalıdır. Yəni Qurban yalnız ailə üzvlərinin bir yerə toplaşmasından ibarət deyil. Bayram digər insanlara sevinc bəxş etdikdə öz məqsəd və məramına çatmış olur. Bu baxımdan imkanı olan hər bir müsəlman qurban kəsməli, imkansız insanlara paylamalı, onları sevindirməlidir.
Qeyd edək ki, İslamda iki əsas bayram var. Biri Ramazan, digəri Qurban bayramıdır. İslam ənənələrinə görə bu bayramlarda böyüklər ziyarət olunmalıdır.
Bəli, Qurban bayramı hər il ölkəmizdə yüksək əhval-ruhiyyədə qeyd olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqı təbrik edir. Bu, ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının bariz təzahürüdür.
Nurəngiz AdilqIzI.

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb