lider-media.az

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

Baxış: 216 Tarix: 5-06-2025, 20:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edir, ölkənizin davamlı inkişafı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında inkişaf etməkdə olan sıx və hərtərəfli münasibətlərə görə dərin təşəkkürümü bildirmək istərdim. Ənənəvi dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf etdirdiyimiz bu münasibətlər yüksəksəviyyəli müntəzəm təmaslarla möhkəmlənməkdədir. Bu, eyni zamanda, Monteneqronun azərbaycanlı dostlarımızla əməkdaşlığın dinamik inkişafına verdiyi əhəmiyyətin göstəricisidir.

Bu baxımdan, xüsusilə turizm və energetika sahələrində həyata keçirdiyimiz birgə layihələri yüksək qiymətləndiririk. Bu layihələr hər iki ölkənin iqtisadi inkişafına töhfə verir və sərmayələr davamlı uğurlu əməkdaşlığımız üçün möhkəm təməl yaradır. Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri yüksələn xətt üzrə davam edəcək, Monteneqro ilə Azərbaycan bu günün mürəkkəb geosiyasi şəraitində dostluq, etimad və qarşılıqlı maraqlara əsaslanan harmoniyalı əməkdaşlığın nümunəsinə çevriləcəkdir.

Bu əlamətdar gün münasibətilə Sizə və ölkənizə səmimi təbriklərimi, möhkəm cansağlığı, sülh və firavanlıq arzularımı çatdırır, Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm.

Hörmətlə,

Yakov Milatoviç

Monteneqronun Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi