lider-media.az

Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib

Baxış: 354 Tarix: 5-06-2025, 12:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbdə Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. 
Tədbirdə mütəxəssislər tərəfindən şagirdlərə günün əhəmiyyəti, ətraf mühiti qorumaq üçün hansı tədbirləri görə biləcəkləri, tullantıların təbiətə, heyvanlara, su və torpaq ehtiyatlarına vurduğu zərərlər izah olunub.
Daha sonra şagirdlərə səyyar laboratoriya, portativ cihaz və avadanlıqlar vasitəsilə ətraf mühit komponentləri olan atmosfer, torpaq və su üzrə monitorinqlərin həyata keçirilməsi və ətraf mühitə təsirlərin qiymətləndirilməsi nümayiş etdirilmiş, onlara son dövrlər ətraf mühitin sağlamlaşdırılması, xüsusən də ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər, qarşıda duran prioritet məsələlər açıqlanmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi