Tacikistan Respublikasının paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilib. Azərbaycanın Baş naziri Əli Əsədov iclasda çıxış edərək gündəlikdəki iqtisadi, hüquqi və humanitar sahələrə aid məsələlərlə yanaşı, MDB-nin fəaliyyəti ilə bağlı büdcə və kadr məsələlərinə də diqqət çəkib. Humanitar əməkdaşlığı MDB çərçivəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirən Baş nazir, könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. “Məlum olduğu kimi, ötən ilin dekabr ayında Bakıda MDB-yə üzv dövlətlərin Könüllülük Hərəkatları Forumu uğurla təşkil olunmuşdur. Forumda MDB ölkələrindən gənclər fəal iştirak etmiş, çoxsaylı panel sessiyaları və dəyirmi masalar keçirilmişdir,” – deyə Ə. Əsədov əlavə edib.
İclas iştirakçılarının diqqəti, həmçinin 2025-ci ildə MDB çərçivəsində keçiriləcək mühüm mədəni və idman tədbirlərinə yönəldildi. Qeyd olundu ki, cari ilin 28 sentyabr – 8 oktyabr tarixlərində Gəncə və Azərbaycanın digər şəhərlərində MDB ölkələrinin III idman oyunları keçiriləcək. Bu oyunlar 23 idman növünü əhatə edəcək. “Artıq oyunların rəsmi internet saytı istifadəyə verilib və orada tədbirin hazırlıq prosesi, yarışların cədvəli və idman məkanları ilə bağlı məlumatlarla tanış olmaq mümkündür”, – deyə Baş nazir bildirib.
Ə. Əsədov, həmçinin, Laçın şəhərinin “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiqləndiyini qeyd edib. Həmin plana əsasən, konfransların, konsertlərin, sərgilərin, teatr və kino festivallarının keçirilməsi, həmçinin müsabiqələrin və media turların təşkili nəzərdə tutulur.
Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə həyata keçirilən tədbirlərdən danışan baş nazir vurğulayıb ki, Azərbaycan xalqı bu Qələbəyə həm cəbhədə, həm də arxa cəbhədə əhəmiyyətli töhfə verib.
Ə. Əsədov, həmçinin, Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi- ticarət əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini xatırladıb. “Bu baxımdan, Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsinin müsbət dinamikasının qorunub saxlanılması sevindirici haldır. Belə ki, 2024-cü ildə ticarət dövriyyəsi 7% artmışdır. Cari ilin ilk 4 ayının yekunlarına əsasən isə 43% artım müşahidə olunur,” – deyə o bildirib.
İclas iştirakçılarını Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandıran Baş nazir qeyd edib ki, xüsusilə gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rol oynayır.
Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində uğurla həyata keçirilən irimiqyaslı layihələr barədə danışan Ə. Əsədov qeyd edib ki, günəş və külək elektrik stansiyalarına dair imzalanmış müqavilələr 2030-cu ilə qədər ölkəyə əlavə 6 giqavat enerji təmin edəcək. “Eyni zamanda, Azərbaycan Respublikasının Şərqi Zəngəzur və Qarabağ bölgələrində müxtəlif gücə malik su elektrik stansiyalarının tikintisi və istismara verilməsi hesabına hidroenerji potensialı daxili investisiyalar hesabına artırılır. Görülən işlər nəticəsində növbəti beş il ərzində bərpaolunan enerji mənbələrindən enerji istehsalı potensialının ikiqat artırılması planlaşdırılır,” – deyə Baş nazir əlavə edib.
Yekun olaraq, Azərbaycan Respublikasının Baş naziri MDB çərçivəsində hökumətlərarası səviyyədə sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu ifadə edib. Baş nazir, bu əməkdaşlığın üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.
İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Bakıda TÜRKPA üzvlərinin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb