lider-media.az

FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Baxış: 282 Tarix: 5-06-2025, 11:42

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “2025-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah olunub, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib. Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi