lider-media.az

6 prokurorluq əməkdaşı məhkəmə hakimi vəzifələrinə təyin olunub

Baxış: 429 Tarix: 4-06-2025, 17:16

Hakimlik vəzifələrinə seçilmə ilə bağlı keçirilmiş müsabiqədə uğur qazanan 6 prokurorluq əməkdaşı Azərbaycan Respublikasının Prezidentinin 3 iyun 2025-ci il tarixli sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimləri təyin olunublar.

Sərəncama əsasən, Baş Prokurorluq və Hərbi Prokurorluğun müxtəlif struktur bölmələrində, habelə rayon prokurorluğunda çalışmış Tural Musayev və Kamal Babayev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, Emin Fətəliyev Qaradağ Rayon Məhkəməsinin, Fidan Ələkbərova Ağdaş Rayon Məhkəməsinin, Şahəddin Kələntərov Salyan Rayon Məhkəməsinin, Səbuhi Səfərov isə Beyləqan Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin ediliblər.

Bu münasibətlə 4 iyun 2025-ci il tarixində Baş Prokurorluğun inzibati binasında təntənəli tədbir keçirilib. Tədbirə Baş prokurorun birinci müavini Elçin Məmmədov rəhbərlik edib.

Çıxışı zamanı Elçin Məmmədov yeni təyin olunmuş hakimləri təbrik edərək onların uzun illər ərzində prokurorluq orqanlarında göstərdikləri səmərəli fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, Baş prokuror Kamran Əliyev tərəfindən imzalanmış Prokurorluğun Fəxri Fərmanlarını təqdim edərək onlara yeni vəzifələrində uğurlar arzulayıb.

Tədbir çərçivəsində iştirakçılar səmimi söhbətlər aparıb, xatirələrini bölüşüb və xatirə şəkli çəkdiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi