lider-media.az

Müflisləşmə barədə iddia ərizələrinin elektron formada hazırlanması və məhkəməyə göndərilməsi imkanı yaradılıb

Baxış: 117 Tarix: 4-06-2025, 14:59

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə (iflas) barədə iddia ərizələrinin elektron formada hazırlanması və məhkəməyə göndərilməsi imkanı yaradılıb.

Bu funksionallıq vətəndaşlara və hüquqi şəxslərə iflas və müflisləşmə halları ilə bağlı məhkəməyə müraciət prosesini daha sadə və operativ şəkildə həyata keçirməyə şərait yaradır. İstifadəçilər portala daxil olaraq inteqrasiya olunmuş müvafiq elektron xidmət vasitəsilə iddia ərizəsini formalaşdıra, zəruri məlumat və sənədləri əlavə edə və həmin ərizəni birbaşa məhkəməyə göndərə bilərlər.

Müflisləşmə ilə bağlı iddia ərizəsinin tərtib edilmə qaydası və doldurulma mərhələləri ilə linkə keçid etməklə tanış olmaq olar.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi