lider-media.az

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə ev sahibliyi edəcək

Baxış: 523 Tarix: 4-06-2025, 14:54

Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə VII Türk Dövlətləri Türkoloji Yay Məktəbi keçiriləcək.

Bu barədə Qarabağ Universiteti məlumat yayıb. Yay məktəbi avqustun 10-17-də Xankəndi şəhərində baş tutacaq. Qarabağ Universitetində keçiriləcək yay məktəbi Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı mövzularına həsr olunub. Yay məktəbinin əsas məqsədi iştirakçıların mövzular üzrə nəzəri və praktiki biliklərini artırmaq, elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək və yeni əməkdaşlıq imkanlarını təşviq etməkdən ibarətdir. Yay məktəbində türk tarixi, türk düşüncə və incəsənət tarixi, türk dili və ədəbiyyatı, antropologiya, kulturologiya və arxeologiya sahələrində fəaliyyət göstərən və tədqiqat aparan 35 yaşadək doktorantlar və alimlər iştirak edə bilərlər.

Tədrisin türk dilində aparıldığı yay məktəbində iştirakla bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq. Müraciətlər iyulun 15-dək qəbul olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi