lider-media.az

1 gündə kartlardan 10 min manat oğurlanıb

Baxış: 332 Tarix: 4-06-2025, 14:26

1 gündə kartlardan 10 min manat oğurlandı

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək onları bank kartları ilə bağlı dələduzluq hallarına qarşı diqqətli və ehtiyatlı olmağa çağırır. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, iyunun 3-də DİN-ə daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində məlum olub ki, ayrı-ayrı şəxslərin bank hesablarından 7000, 980, 660, 550, 400, 285, 150, 130, 100 və 28 manat məbləğində vəsait oğurlanıb. Vətəndaşlara bir daha xatırladılır ki, bank kartlarının arxa hissəsində yerləşən CVV/CVC kodu, kartın istifadə müddəti, habelə SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kimi məlumatlar tam məxfi saxlanmalıdır.Bu məlumatların üçüncü şəxslərlə paylaşılması bank hesablarından pulun oğurlanmasına, həmçinin vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə səbəb ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi