lider-media.az

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Baxış: 49 Tarix: 4-06-2025, 09:14

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dost.

28 May - Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

İsrail və Azərbaycan arasındakı münasibətlər dərin tarixi kökə malikdir və ortaq dəyərlərimiz, xalqlarımız arasında möhkəm dostluq münasibətləri ilə daha da möhkəmlənib. Bu illər ərzində biz hökumətlərimiz və xalqlarımız arasında qarşılıqlı etimada, xoş niyyətə və həqiqi hörmətə əsaslanan tərəfdaşlığı inkişaf etdirmişik.

Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm.

Sizin rəhbərliyiniz altında Azərbaycan sabitlik və güc amilinə, firavanlıq mayakına və bütün regionda uğurlu iqtisadi inkişaf modelinə çevrilib.

Təəssüf edirəm ki, gözlənilməz vəziyyət səbəbindən iş qrafikimdə dəyişiklik zərurəti yarandı və bu, məni Azərbaycana çoxdan gözlədiyim səfərimi təxirə salmağa məcbur etdi. Bununla belə, mən səmimi şəkildə ümid edirəm ki, bizim ortaq maraqlarımızı və istəklərimizi müzakirə etməyə davam edə bilməyimiz üçün ya İsraildə, ya da Azərbaycanda görüşümüzü Sizə münasib vaxta təyin edəcəyik.

Daha uzun illər üçün firavanlıq, dostluq və uğurlar arzuları ilə,

Hörmətlə,

Benyamin Netanyahu

İsrail Dövlətinin Baş naziri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi