lider-media.az

Şirvanda erkən nikahların fəsadları ilə bağlı tədbir keçirilib

Baxış: 1 333 Tarix: 4-06-2025, 08:20

İyunun 3-də “İnsan hüquqları aylığı” çərçivəsində “Erkən nikah: vaxtsız qərarlar, yarımçıq həyatlar” mövzusunda Şirvan Şəhər Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhəri üzrə Təhsil sektorunun müdiri Varis Qasımlı, həkimlər, psixoloqlar və şəhər ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbirdə  erkən nikahın cəmiyyət və fərd üçün doğurduğu sosial, psixoloji və hüquqi problemlərdən bəhs edilib, eləcə də maarifləndirmə tədbirlərinin bu problemin qarşısının alınmasında nə qədər vacib olduğu vurğulanıb. Tədbirin sonunda erkən nikahın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi