lider-media.az

Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib

Baxış: 409 Tarix: 27-04-2024, 22:16

Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib.  

  Agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarətlər alıb.

  Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyyə olunub.  Hal-hazırda vəziyyəti stabildir.

  Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi