lider-media.az

Bu il məişət zorakılığından zərər çəkmiş 38 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Baxış: 378 Tarix: 3-06-2025, 15:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il  məişət zorakılığından zərər çəkmiş 38 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. Həmin şəxslər Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar. Onların sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb. Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbəyə qəbul edilən şəxslərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi