lider-media.az

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilib - VİDEO

Baxış: 131 Tarix: 3-06-2025, 12:30

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. 
Plana əsasən, bölmələrin daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə yerləşməsi, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub.
Təlimlərdə bölmələr haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib. Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimin keçirilməsində əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də  şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına yönəldilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi