Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də Konfederasiyanın üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan “Sağlamlığa doğru qaç!”dır. Uğurla icra olunan layihə çərçivəsində iyunun 1-də Bakı şəhərində qaçış yarışı keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Yarışın açılış mərasimində çıxış edən Konfederasiyanın sədr müavini Qəzənfər Abdullayev, Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova ölkəmizin idman sahəsində nailiyyətlərindən söz açıb, idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda uğurlarından danışıblar. Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlətimizin idman və gənclər siyasətinə yaxından dəstək göstərir, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının yetirmələri mötəbər idman tədbirlərində ölkəmizi layiqincə təmsil edirlər. Həmçinin “Sağlamlığa doğru qaç” layihəsinin əhəmiyyəti qeyd olunub, iştirakçılara uğurlar arzulanıb.
Sonra vətənpərvərlik mövzusunda səslənən mahnılar və rəqs qruplarının ifasında milli rəqslər tamaşaçılar və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb və onlara xoş ovqat bəxş edib.
Dövlət Bayraq Meydanının qarşısından start verilən yarışda Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun səhiyyə işçiləri, Azərbaycan Dövlət Tibb Universitetinin, tibb kollecinin tələbələri iştirak ediblər. Yekunda qalib gələn 6 iştirakçı mükafatlandırılıb. Qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yarışda tamaşaçı qismində iştirak edən uşaqlara hədiyyələr verilib. Tədbirin təşkilinə Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri və AHİK könüllüləri də dəstək göstəriblər.
Tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunan “Sağlamlığa doğru qaç!” layihəsi tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.













Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Bakıda qaçış yarışı təşkil edib
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Milli Məclisin iclasında
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb