lider-media.az

Ağdama köçürülən və köçürüləcək sakinlərdən artıq 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Baxış: 163 Tarix: 2-06-2025, 16:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir. Bu tədbirlər Ağdam rayonuna köçürülmüş və yaxın dövrdə köçürülməsi nəzərdə tutulan, hazırda ətraf rayonlarda yaşayan sakinləri də əhatə edir. Həmin sakinlərdən artıq 817 şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 747 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən rayona köçürülən sakinlərdən 17 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 70 sakin isə peşə kurslarına cəlb edilib.  

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi