lider-media.az

Könül Nurullayeva: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri qarşılıqlı hörmət və dəstəyə əsaslanır

Baxış: 8 Tarix: 2-06-2025, 11:56

Azərbaycan-Türkiyə-Pakistan birliyi daha da möhkəmləndi. Ötən gün işğaldan azad olunmuş Laçında liderlərin sayca 2-ci üçtərəfli zirvə görüşü, Azərbaycanın müstəqillik günündə 3 qardaş ölkənin bir yerdə olması ilk növbədə siyasi uğurdur. Bu, bir daha onu göstərir ki, ölkələrimiz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır, bir-birinə həmrəylik, dəstək göstərir.
 Bu fikirləri Lider-media.az-a açıqlamasında  Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.  
Deputat bildirib ki, Azərbaycan orta güc, dünyada öz imzası olan etibarlı tərəfdaş, Türkiyə NATO ölkəsi və qlobal miqyasda güc sahibi, Pakistan isə nüvə dövləti - bu güclərin birləşməsi regionun təhlükəsizliyi baxımdan çox vacibdir. Liderlərin bəyan etdiyi kimi, tərəflər ən mürəkkəb zamanda bir araya gələrək əməkdaşlığı gücləndirirlər. Laçın zirvəsində üçtərəfli əməkdaşlığın yeni səhifəsi açıldı.
“Bir daha aydın oldu ki, dostluq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün yaxşı potensial mövcuddur. Ölkələrimiz regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində geniş əməkdaşlıq imkanlarına malikdir. Məlum olduğu kimi, Türkiyə və Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdir. Həm Ankara, həm də İslamabad bu vaxta qədər həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib”, - deyə  K.Nurullayeva bildirib.  
Pakistanın Baş naziri Şahbaz Şərifin cari ilin fevralında ölkəmizdə səfərdə olduğunu xatırladan deputat həmin səfər zamanı Prezident İlham Əliyevlə keçirilən görüşlərdə bir daha gələcək əməkdaşlığa dair mesajlar verilmişdi. Bakıda imzalanan sənədlər isə ölkələrimiz arasında əlaqələri daha da gücləndirməkdədir. Azərbaycan eyni zamanda ötən ilin sonunda Türkiyə və Pakistanın da təmsil olunduğu İqtisadi Əməkdaşlıq Təşkilatı olan D-8-in üzvüdür. Bu platformadakı dəstəyə görə dövlət başçımız bir daha qardaş ölkələrə təşəkkürünü bildirdi. Pakistanın Baş naziri Şahbaz Şərif isə öz növbəsində Hindistana qarşı ölkəsini dəstəklədiyinə görə Bakı və Ankaraya təşəkkür etdi.
Onun sözlərinə görə, Laçında keçirilən görüşlər bir daha göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı beynəlxalq arenada da getdikcə güclənir. 
“Azərbaycan, Türkiyə və Pakistanın əhəmiyyəti ölkələrin regional siyasətdəki rolu, eyni zamanda müsəlman dünyasındakı nüfuzu ilə müəyyən edilir. Ölkələrimiz həm xalqların mənafeyi, həm də regional sülh və sabitlik maraqları naminə qarşılıqlı-faydalı əməkdaşlığı gücləndirmək üçün ardıcıl səyləri bundan sonra da davam etdirəcək”, - deyə Könül Nurullayeva vurğulayıb.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi