lider-media.az

Tamam Cəfərova: "Azərbaycan-Türkiyə-Pakistan dostluğu beynəlxalq səviyyədə geosiyasi gücün təzahürüdür"

Baxış: 9 Tarix: 2-06-2025, 11:26

 

28 May- Müstəqillik Günündə Laçında tarixi bir gün yaşandı. Belə ki, xalqımız üçün olduqca əlamətdar bir gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirildi və üçtərəfli münasibətlərdə yeni bir səhifə açıldı. Hər üç ölkənun lideri Zirvə görüşündə dünya və regional proseslərlə bağlı vacib mesajlar veriblər. Liderlər ölkələrimiz arasında dostluq və əməkdaşlığının mühüm əhəmiyyətini, regiona verdiyi töhfələri xüsusilə vurğuladılar. 
Bu fikirləri Lider-media.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, bu gün Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq münasibətlər sistemində öz sözü və yeri olan güclü dövlətlərdir. Hər üç dövlət arasında güclü dostluq və qardaşlıq əlaqələri mövcuddur. Əlbəttə, bu əlaqələrin mənbəyində ortaq tarixi, dini, mədəni dəyərlər dayanır. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu haqda Prezident İlham Əliyev Zirvə Görüşündə xüsusi vurğulayaq qeyd edib ki,   üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirir və bir-birinin yanındadır. 

"Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq beynəlxalq münasibətlər sistemində nümunəvi əməkdaşlıq modeli kimi qiymətləndirilməlidir. Laçında keçirilən üçtərəfli görüşdə liderlərin verdiyi mesajlar və toxunduqları məsələlər bunu bir daha təsdiq edir. Belə ki, görüşdə Azərbaycan, Türkiyə və Pakistanın gələcəkdə də qarşılıqlı əməkdaşlığın bütün sahələrində - siyasət, iqtisadiyyat, investisiya və müdafiə sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri prioritet kimi vurğulanıb", - deyə T.Cəfərova bildirib.
Deputat 44 günlük Vətən müharibəsi dövründə Türkiyə və Pakistanın Azərbaycana verdiyi siyasi, mənəvi dəstəyi xatırladaraq vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi zəfəri təmin edən  mühüm amillərdən biri dost və qardaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Dövlətimizin başçısı çıxışında dost və qardaş ölkələrin Azərbaycana veridyi dəstəyi vurğulayaraq deyib: “30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq".
Tamam Cəfərova üç qardaş ölkə arasında əməkdaşlığınyeni səhifəsinin açıldığını qeyd edib: "Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə-Pakistan dostluğu, qardaşlığı beynəlxalq səviyyədə geosiyasi gücün təzahürüdür. 2024-cü ildə Astanada keçirilən görüşdən sonra Laçında keçirilən ikinci Zirvə görüşü dərin rəmzi məna daşımaqla yanaşı, ölkələrimiz arasında qarşılıqlı siyasi dəstəyin açıq təzahürüdür. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən Müstəqillik Gününə həsr edilən tədbirdə birgə iştirakı da ölkələrimiz arasında birliyin, qardaşlığın növbəti sübutu oldu. Əminik ki, azad edilmiş Laçından üç ölkə rəhbərinin dünyaya verdiyi mesajlardan dərs götürənlər olacaq.  Bəli, dost, düşmən-hamı bu sözləri düzgün analiz etməli və gələcək planlarında bunları nəzərə almalıdır".
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi