lider-media.az

DİN-dən vətəndaşlara bank kartlarından oğurluq halları ilə bağlı xəbərdarlıq

Baxış: 125 Tarix: 2-06-2025, 10:26

Daxili İşlər Nazirliyi vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olmağa çağırır.

Mayın 31-də və iyunun 1-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.

Zərərçəkmiş şəxslər naməlum şəxslərə bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını veriblər. 

Bir daha xatırladırıq ki, bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin, danışıq və yazışma aparmayın – dərhal blok edin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi