lider-media.az

Cəzaçəkmə müəssisəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib

Baxış: 214 Tarix: 1-06-2025, 11:29

1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarına əsasən təsis edilmiş və dünyanın əksər dövlətlərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tanınan 1 iyun tarixi ölkəmizdə də hər il qeyd edilir.
Bu gün münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində  növbəti tədbir təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə birgə təşkil edilən tədbirdə məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər.
Məhkumlar tərəfindən hazırlanmış xüsusi proqram, animasiya qəhrəmanlarının iştirakı ilə musiqili şoular, əyləncə atraksionları böyük maraq və sevinc hissi ilə qarşılanıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi