lider-media.az

İyunun 1-də Dənizkənarı Milli Park ərazisində Voleybol Festivalı keçiriləcək

Baxış: 337 Tarix: 31-05-2025, 11:02

Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq festival Bakı ilə yanaşı, bölgələrdə də təşkil olunacaq. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər. Onlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olunacaq.
Festivalın keçirilməsində məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi