lider-media.az

"Böyük Qayıdış"da sağlam addımlar: Səhiyyə Nazirliyinin mobil Klinikaları Suqovuşanda

Baxış: 235 Tarix: 30-05-2025, 15:09

Səhiyyə Nazirliyinin mobil klinikaları tərəfindən mayın 30-da Ağdərə rayonunun Suqovuşan kəndində yerli əhaliyyə tibbi xidmətlər göstərilib. Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun müasir tibbi avadanlıqları ilə təchiz olunan səyyar klinikaları vasitəsilə Suqovuşan kəndi ilə yanaşı, Ağdərə rayonunun digər yaşayış məntəqələrinin sakinləri üçün ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı müayinələr aparılıb.

Səyyar kilinikalarda ETAXI-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimləri tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, döş qəfəsi orqanlarının flüoroqrafiyası, Elektrokardioqrafiya, Exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin öyrənilməsi həyata keçirilib. Müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilən mobil klinikalar modul avadanlıq konsepsiyası sayəsində ucqar ərazilərdə yaşayan əhaliyə tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək məqsədilə yaradılıb.Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Aksiya zamanı 250-ə yaxın Suqovuşan kəndinin və Ağdərə rayonunun digər yaşayış məntəqələrinin sakinləri müayinələrdən keçiblər.

Qeyd edək ki, aksiya Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri çərçivəsində baş tutub.

Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi