Xüsusi qayğıya ehtiyacı olan uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınayıblar
Müxtəlif yaş qruplarına aid olan uşaqlar Agentliyin Vətəndaş qəbulu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, İnsan resurslarının idarə edilməsi, İctimaiyyətlə əlaqələr və kommunikasiya, ofis meneceri və digər sahələrdə bacarıqlarını nümayiş etdiriblər.
Onlara həssas əhali qruplarından olan vətəndaşlarla işləmək prinsipləri, sənədlərin arxivləşdirilməsi, daxil olan zənglərə cavab verilməsi qaydaları izah edilib. Uşaqlar həmçinin bəzi struktur rəhbərlərinin rollarını imitasiya edib, qurum rəsmisi kimi müsahibə verib, qrafik dizayner işlərini icra ediblər.