lider-media.az

Xorvatiya Respublikasının Baş naziri Zati-aliləri cənab Andrey Plenkoviçə

Baxış: 110 Tarix: 30-05-2025, 12:11

Hörmətli cənab Baş nazir,

Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Xorvatiya arasında xoş ənənələr üzərində qurulan əlaqələrin möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Fəal siyasi dialoqumuz, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır.

Hazırda Azərbaycan ilə Xorvatiya iqtisadi-ticari, humanitar, xüsusilə də minatəmizləmə sahələrində uğurla əməkdaşlıq edirlər. Eyni zamanda ölkələrimiz arasında tərəfdaşlığın prioritet istiqamətlərdən olan enerji sektorunda əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir. Enerji sahəsində uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.

İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız və strateji tərəfdaşlığımız bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da güclənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına daim
əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi