lider-media.az

Maqnit qasırğası davam edir

Baxış: 107 Tarix: 30-05-2025, 10:14

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

Yer kürəsindəki maqnit qasırğası artıq 24 saatdan çoxdur ki, davam edir. Bunu Rusiyanın “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun "Telegram" kanalında yazıb.

“Maqnit qasırğası Yer kürəsində artıq bir sutkadan çoxdur ki, davam edir. Hazırda 24 saatdan çox davam edən maqnit qasırğasının intensivliyi G1 sinfinə, yəni zəif maqnit qasırğası səviyyəsinə uyğundur”, - deyə o bildirib.

Leusun sözlərinə görə, aktivliyin dövri azalmasına baxmayaraq, vəziyyətin sabitləşməsi baş verməyib. Belə ki, Günəş küləyinin sürəti 750–800 km/san intervalında qalır ki, bu da normal göstəricidən, demək olar, iki dəfə artıqdır. Bundan əlavə, temperatur 500 000 K-ə çatır ki, bu da son dərəcə yüksək göstərici hesab olunur.

Sinoptikin bildirdiyinə görə, cümə günü ərzində Yer maqnitosferasında zəif pozuntuların, bəzən zəif maqnit qasırğası səviyyəsinə çatan halların davam edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi