lider-media.az

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

Baxış: 239 Tarix: 29-05-2025, 21:03

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının qeyd olunduğu bu əlamətdar gün xalqınızın dəyanətinin, birliyinin, arzularının rəmzidir. Somali Federativ Respublikası ölkələrimiz arasında münasibətləri səciyyələndirən səmimi əlaqələri və inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir. Əminəm ki, Somali ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə dərinləşməkdə davam edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Hasan Şeyx Mahmud

Somali Federativ Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi