lider-media.az

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda "Konstitusiya və Suverenlik ili "çərçivəsində "Açıq Qapı" günü keçirilib

Baxış: 124 Tarix: 29-05-2025, 18:35

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri üçün "Açıq Qapı" günü keçirilib.

Görüş zamanı prokurorluğun əməkdaşları Faiq Səfərov, Turqay Həşimli, İbrahim Mənsimov və Elvin Hüseynov tələbələrə prokurorluq orqanlarının tarixi, prokurorluğun inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu və töhfələri barədə ətraflı məlumat verilib. 

Həmçinin, müasir prokurorluğun formalaşması və inkişafı istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, prokurorluğun fəaliyyət istiqamətləri, struktur qurumları və eləcə də Elektron Prokurorluq İnformasiya Sistemi barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Sonra isə şərti hadisə yerinə baxış zamanı hadisə yerinin müayinə üsulları, hadisə yerində olan dəlillərin rəsmiləşdirilməsi, üzərində aşkar olunan əl-barmaq və digər izlərinin fiksasiya edilməsi, götürülməsi və rəsmiləşdirilməsi qaydası, həmçinin canlı şəxsin və meyitin əl-barmaq izlərinin götürülməsi əyani olaraq tələbələrə izah olunub.

Prokurorluğun inzibati binası ilə tanışlıqdan sonra iştirakçılarla xatirə fotoşəkili çəkilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi