lider-media.az

Azərbaycan və Özbəkistan arasında Birinci Rektorlar Forumu baş tutub

Baxış: 164 Tarix: 29-05-2025, 15:51

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında nəzərdə tutulan tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib.
Tədbir Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində təşkil olunub. Forumda hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Forumun açılışında çıxış edən Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, forumun universitetlərarası tərəfdaşlıqların genişlənməsinə və birgə layihələrin təşviqinə töhfə verəcəyini bildiriblər.
Sessiyalar zamanı ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və beynəlxalq reytinqlərdə irəliləyiş kimi mövzular müzakirə olunub.
Forum çərçivəsində Azərbaycan universitetləri (ADNSU, ADİU, ADU, ADPU, ADMİU, AzTU, AzMİU, ATU, BDU, BMU, BSU, LDU, MDU, NDU, QU, SDU, BANM) ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb, yeni layihələrin əsasını qoyan razılaşmalar əldə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi