lider-media.az

Şəhid ailələrinin üzvləri azad edilmiş ərazilərə səfər ediblər

Baxış: 187 Tarix: 29-05-2025, 15:52

“Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şəhid ailələri üçün işğaldan azad edilmiş ərazilərə səfər təşkil olunub. İki günlük səfər zamanı şəhid ailələri Ağdam, Füzuli, Şuşa və Xankəndidə olub, Ağdam Cümə məscidi, Aşağı Gövhər ağa məscidi, Cıdır düzü, Vaqif məqbərəsi, İsa bulağı, digər tarixi-mədəniyyət və memarlıq abidələrini ziyarət ediblər.

Şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Şanlı Ordumuzun şücaəti nəticəsində işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işləri ilə tanış olublar. Bildirilib ki, azad olunan ərazilərdə vandalizmə məruz qalmış tarixi-mədəni və dini abidələr bərpa olunur, infrastruktur qurulur, yaşayış məntəqələri salınır, yeni müəssisələr və iş yerləri açılır, əzəli sakinlər doğma yurdlarına qayıdırlar.Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyi sosial layihələri davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi