lider-media.az

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

Baxış: 533 Tarix: 26-04-2024, 20:02

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinqlər zamanı Ağsu rayonunun Növcü kəndində 30 hektar, İsmayıllı rayonunun Xəlilli kəndində 38 hektar badam bağından, habelə Ağsu rayonunun Qaraqoyunlu kəndindəki kartof sahələrindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib. Bununla yanaşı, yaşıllıq və park sahələrində də monitorinqlər aparılıb.

Monitorinqlər nəticəsində kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə və karantin tətbiq edilməyən fuzarioz çürümə aşkarlanıb.

Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanmış təsərrüfatlarda bitki mühafizəsi tədbirlərinin görülməsi barədə qərar qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi