lider-media.az

Qürurla anırıq

Baxış: 68 Tarix: 29-05-2025, 09:49

MƏMMƏDOV Aytəkin İsrayıl oğlu 

29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəli kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbin birinci sinfınə getmiş və 1984-cü ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il texniki-peşə məktəbində rəngsaz peşəsinə yiyələnmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış və Əfqanıstan müharibəsində iştirak etmişdir. 1987-ci ildə hərbi qulluğunu başa vurduqdan sonra Bakıya gələrək tikinti idarəsində öz peşəsi üzrə işləməyə başlamışdır. Erməni yaraqlıları Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayanda o, silaha sarılıb Vətən torpağını düşməndən müdafiə etmək üçün 1991-ci ilin fevral ayında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə daxil olur. Əfqanıstan döyüşlərində qazandığı təcrübə öz doğma torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə onun karına gəlir.

A.Məmmədov 1991-ci ilin aprel ayında Xanlar rayonunun erməni yaraqlıları tərəfindən hücuma məruz qalan kəndlərinə ezam olunur. Rayonun Quşçu kəndi də bu sırada idi. Düşmən, demək olar ki, bu kəndi hər gün atəşə tutur, camaatı vahimə içində saxlayırdı. Aytəkin döyüş yoldaşları ilə kəndin qırağında özünə mövqe seçir. Düşmənin isə hücumları  ara vermirdi. Aytəkin pulemyotu işə salaraq, erməniləri geri çəkilməyə məcbur edir. O, bu döyüşdə ağır yaralanır. Bu onun son döyüşü olur. O, gözlərini bir qəhrəman kimi əbədi yumur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Göyəli kənd qəbristanlığında dəfn edilmişdir. Göyəli kənd orta məktəbi onun adını daşıyır. Büstü qoyulmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi