lider-media.az

Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun doğum günüdür

Baxış: 99 Tarix: 29-05-2025, 09:35

Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun bu gün döğum günü, eyni zamanda 60 illiyi tamam olur.  Kovalyov Yuri Petroviç 29 may 1965-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra isə Bakıya qayıtmışlar. 1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirmişdir. 1982-ci ilə kimi “Azərittifaq”ın reklam istehsalat kombinatında çalışmışdır. 1983-cü ildə ordu sıralarına çağırılmış, 1985-ci ildə ordudan təxris olunmuşdur. 1987-ci ildə Qırmızıbayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olmuşdur.
Azərbaycan torpaqlarının işğala məruz qalması və soydaşlarımızm öz dədə-baba torpaqlarından zorla qovulması bir insan kimi Yurini də narahat edirdi. Elə bu səbəbdən də o, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, respublikanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur. O, Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərmişdir. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüz min rubl qiymət qoyulmuşdu.
1991-ci il oktyabr ayının 3-də polis starşinası Yuri Kovalyov Xocavənd rayonu ərazisində aparılan növbəti əməliyyatdan qayıdırdı. İdarə etdiyi maşın Ağdama tərəf irəliləyirdi. Maşın qəflətən atəşə tutuldu. Yuri Kovalyov ağır yaralandı. Atəş səngimək bilmirdi. Bütün varlığı ilə Azərbaycanı sevən, onu Özünə əsl Vətən bilən Yuri Qarabağın Xocavənd rayonu ərazisində qəhrəmancasına həlak oldu. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Kovalyov Yuri Petroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Paytaxtdakı Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakı şəhərindəki 229 saylı orta məktəb qəhrəmanın adını daşıyır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi