lider-media.az

Şahbaz Şərif: Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq

Baxış: 317 Tarix: 28-05-2025, 18:34

Bu gün füsunkar məkanda, Laçında üç ölkənin bayraqları dalğalanır. Bu onu sübut edir ki, bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq və inşallah, gələcəyə, firavanlığa doğru inamla irəliləyəcəyik.

Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı söyləyib.

Azərbaycan və Türkiyə prezidentlərinə Cəmmu və Kəşmir məsələsinə verdikləri dəstəyə görə təşəkkürünü ifadə edən Baş nazir deyib: “Təəssüf olsun ki, orada qan tökülüb. Onlar onilliklərdir ki, zülmə qarşı mübarizə aparırlar. Onlar heç zaman təslim olmayacaqlar. O vaxta qədər ki, BMT Nizamnaməsinə uyğun hüquqları təmin edilsin və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunsun. Pakistan hər zaman kəşmirlilərin yanında olmuşdur, eyni zamanda, Türkiyə və Azərbaycan da eyni qətiyyəti nümayiş etdiriblər. İnşallah gün gələcək ki, Kəşmir xalqı öz hüquqlarını təmin edəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi