lider-media.az

Rəcəb Tayyib Ərdoğan:Burada 3 dövlət, tək millət var

Baxış: 1 639 Tarix: 28-05-2025, 17:47

Burada Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana Azərbaycanın dörd bir yanındakı qardaşlarıma sevgimi, hörmətimi göndərirəm. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında Müstəqillik Gününə həsr edilmiş mədəni tədbirdə bildirib.

“Sizlərə “Can Azərbaycan”, “İki dövlət, bir millət” deyincə ürəyində fırtınalar qopan 86 milyonun salamını çatdırmaq istəyirəm. İndi buradakı tabloda 3 dövlət, tək millət var. Müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Gününüzü canı könüldən təbrik edirəm. İstiqlal və istiqbal yolunda verdiyimiz şanlı mübarizələri şəhadətləri ilə taclandıran qəhrəmanları rəhmətlə yad edirəm”, - deyə Ərdoğan vurğulayıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi