lider-media.az

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Baxış: 183 Tarix: 28-05-2025, 15:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.

Sizi Avropa Siyasi Birliyinin Tiranada keçirilən Zirvə toplantısı zamanı görməkdən çox məmnun oldum. Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və mən ikitərəfli dialoqumuzun möhkəmləndirilməsinə sadiqliyimizi bir daha təsdiq edirəm.

Əminəm ki, birgə səylərimizlə biz vətəndaşlarımızın qarşılıqlı rifahı naminə enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi əsas sahələrdə əməkdaşlığımızın bütün potensialını üzə çıxarmağa davam edə bilərik.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 Maya Sandu

Moldova Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi