Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumatda bildirilib ki, İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyini dünyaya bəyan etmiş cümhuriyyətimiz cəmi 23 ay mövcud olmasına baxmayaraq, müsəlman şərqində ilk parlamentli respublika kimi demokratik idarəetmə quruluşuna malik olmuş, qadınlara seçki hüququ verilmiş, milli ordu, təhsil və məhkəmə sistemi yaradılmış, dövlət atributları formalaşdırılmış, Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla bərabər, xalqımızın azadlıq iradəsinin parlaq təcəssümünə çevrilmişdir.
Tədbirlərdə 1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınmış, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışılmışdır.
Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sərhədlərin qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanmış, bu məqsədyönlü siyasətin nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyi şəxsi heyətin diqqətinə çatdırılmışdır. Müstəqil dövlətimizin təhlükəsizliyi və rifahı naminə sədaqətlə xidmət etməyin hər bir sərhədçi üçün müqəddəs vəzifə olduğu, dövlətinə, xalqına və Ali Baş Komandanına sədaqətlə bağlı olan sərhədçilərin bu şərəfli missiyanı böyük məsuliyyət və qürur hissi ilə yerinə yetirdiyi xüsusi olaraq qeyd edilmişdir.
Tədbirlərin sonunda Müstəqillik Gününə həsr edilmiş sənədli filmlər nümayiş etdirilmişdir.














Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
VII çağırış Milli Məclisə seçilmiş deputatlarımızın siyahısı
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Bələdiyyə seçkilərinin ilkin nəticələri AÇIQLANDI
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb