lider-media.az

Naxçıvanda “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçiriləcək

Baxış: 166 Tarix: 27-05-2025, 17:34

 

26-29 iyun tarixlərində Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçiriləcək.


Bu barədə Lider-media.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihə beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində gənclərin nəzəri və praktiki biliklərini artırmaq məqsədi daşıyır.Simulyasiya formatında keçiriləcək tədbirdə iştirakçılar real beynəlxalq hüquq münaqişəsini təhlil edərək dövlət, investor və ictimaiyyət maraqlarını mübahisələndirmək imkanı əldə edəcəklər.


Layihədə hüquqşünaslıq, texniki təmayüllü ixtisaslar, beynəlxalq münasibətlər, menecment, politologiya, jurnalistika və iqtisadiyyat üzrə təhsil alan və ya yeni məzun olmuş 25 yaşadək gənclər iştirak edə bilərlər. Tədbirdə ümumilikdə 40 nəfərin iştirakı nəzərdə tutulur. 


Qeydiyyatdan link vasitəsilə keçmək mümkündür.


Layihə gənclərə yalnız nəzəri bilik qazandırmaqla kifayətlənməyəcək, həm də onların arbitraj hüququ istiqamətindəki proseslərə peşəkar yanaşma bacarıqlarını formalaşdıracaq.


 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi