lider-media.az

“İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici görüşlər keçirilib

Baxış: 117 Tarix: 27-05-2025, 16:21

Regional Ekologiya və Təbii Sərvətlər İdarələri tərəfindən Bakı, Lənkəran şəhərlərində, Zaqatala, Bərdə rayonlarında fəaliyyət göstərən məktəblərdə “İnsan hüquqları və ətraf mühit” mövzusunda maarifləndirici görüşlər təşkil olunub. 
Görüşlər çərçivəsində şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ barədə məlumatlar verilib, eyni zamanda ətraf mühitin mühafizəsi haqqında qanun, bu qanundan irəli gələn hüquq və vəzifələr, o cümlədən ətraf mühitə zərər vurulması ilə bağlı tətbiq olunan cəza tədbirləri izah edilib, uşaqları maraqlandıran suallar cavablandırılıb. 
Qeyd edək ki, sözügedən maarifləndirici görüşlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək ölkədə elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi