lider-media.az

Məhkumluqdan azad olunmasına üç ay qalmış daha 78 nəfərlə bağlı qiymətləndirmə aparılıb

Baxış: 4 Tarix: 27-05-2025, 14:30

Onlar azadlığa çıxdıqdan sonra sosial-psixoloji yardım xidmətinə cəlb ediləcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq, Agentliyin əməkdaşları cəzaçəkmə müəssisələrində növbəti görüşlər keçiriblər.

8,9,10,11,12,13 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza müddətinin sonuna az qalmış məhkumlarla keçirilən görüşlərdə iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri və sosial adaptasiya prosesi barədə məlumatlar verilib.

“İnsan hüquqlarının müdafiəsi” mövzusunda təqdimat edilib və məhkumları maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, Agentliyin mütəxəssisləri məhkumluqdan azad olunan şəxslərin ailələrinə səfərlər edir, onların qiymətləndirməsini aparır və nəticəyə uyğun olaraq sosial-psixoloji, həmçinin sosial reabilitasiya yönümlü digər müvafiq xidmətlərlə təmin olunmalarında dəstək göstərirlər.

Görüşlərdə cəzaçəkmə müddətinin bitməsinə üç ay müddət qalmış 78 məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə həyata keçirilib. Həmin şəxslər azadlığa çıxdıqdan sonra sosial-psixoloji yardım xidmətinə cəlb ediləcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi