lider-media.az

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

Baxış: 252 Tarix: 26-05-2025, 21:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə bütün qəlbimlə ölkənizin daha da sürətlə inkişaf etməsini və firavanlaşmasını, həmçinin rəhbərliyinizlə xalqınızın xeyirxah məqsəd və istəklərinə nail olmasını arzulayıram. Qətiyyətlə inanıram ki, Qazaxıstan və Azərbaycan arasında yaradılmış möhkəm dostluq və əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə səmərəli şəkildə möhkəmlənəcək və inkişaf edəcəkdir. Ümidvaram ki, aramızda yaranmış qarşılıqlı hörmət hələ uzun illər davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və xoşbəxtlik diləyirəm.

Səmimi arzularla,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının birinci Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi