lider-media.az

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Baxış: 106 Tarix: 26-05-2025, 20:32

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Sabunçu Tibb Mərkəzi tabeliyində Maştağa Xəstəxanası, “Atəşgah Sığorta Şirkəti” ASC, Nəsimi rayonu 35 nömrəli, Xətai rayonu 56 nömrəli və Nizami rayonu 210 nömrəli tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax rayonu Ağyazı kənd və Baydarlı kənd tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən S.Məmmədov adına Zəyəm-Cıraxan 1 nömrəli kənd tam orta məktəbində və Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Siyəzən şəhəri 6 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayonu Minəxorlu kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Salyan rayonu Şorsulu kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Göyçay rayonu Çərəkə kənd 1 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi