lider-media.az

Baş Prokurorluqda gənc hüquqşünaslarla görüş keçirilib

Baxış: 396 Tarix: 26-05-2025, 18:08

Gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə göstərdiyi maraq nəzərə alınaraq, mayın 24-də Baş Prokurorluğun inzibati binalar kompleksində ADA Universitetinin hüquq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüş zamanı tələbələrə prokurorluq orqanlarının tarixi, qurumun inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu və töhfələri barədə ətraflı məlumat verilib. Həmçinin, müasir Azərbaycan Prokurorluğunun formalaşması və inkişafı istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, prokurorluğun fəaliyyət istiqamətləri və struktur qurumlarından danışılıb.

Görüş çərçivəsində tələbələr Ümummilli Liderin guşəsini və Vətən Müharibəsinə həsr olunmuş qalereyanı ziyarət edib, prokurorluq əməkdaşlarının iş şəraiti, istifadə olunan informasiya texnologiyaları, istintaq otaqları, arxiv, tədris auditoriyaları, kitabxanalar, konfrans zalı, kriminalistik avadanlıq və avtomobillərlə yaxından tanış olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi