lider-media.az

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

Baxış: 104 Tarix: 26-05-2025, 16:48

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İndoneziya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram. Bu əlamətdar gün Azərbaycanın tarixində xalqın qətiyyətini, birliyini və arzularını əks etdirən qürurverici bir səhifədir.

İcazə verin, bu tarixi gündə İndoneziya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğumu bildirim. Əminəm ki, Zati-alinizin rəhbərliyi ilə ölkələrimiz enerji, ticarət, investisiya, təhsil, mədəniyyət və insanlar arasında mübadilə kimi sahələrdə əməkdaşlığın yeni yollarını araşdıraraq tərəfdaşlığı inkişaf etdirəcək və möhkəmləndirəcək. Əməkdaşlıq ruhu, həmçinin qlobal sülh, sabitlik və davamlı inkişaf kimi ümumi məqsədlərimizi dəstəkləməkdə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq, firavanlıq və rifah arzulayıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Prabovo Subianto

İndoneziya Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi