lider-media.az

Laçın Beynəlxalq Hava Limanı istismara hazırlanır

Baxış: 627 Tarix: 26-05-2025, 14:10

    “Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir”. Bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı söyləyib. İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən mühüm  layihələrdən biri də məhz inşa edilən hava limanlarıdır. Rekord müddətdə-cəmi 8 ayda hazır olan möhtəşəm Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ilin oktyabrın 26-da, düz bir il sonra 2022-ci ilin oktyabrın 20-də isə Zəngilan Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsindən sonra regionun strateji əhəmiyyətini artıran daha bir-Laçın beynəlxalq hava limanı istismara hazırlanır.

             Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı vaxtında və layiqli şəkildə təmin etmək üçün inamlı addımlayır. Aparılan abadlıq-quruculuq işləri, yaradılan infrastruktur beynəlxalq hava limanlarının tikintisi, həqiqətən də, bu ərazilərdə irimiqyaslı layihələrin icrasına start verildiyini təsdiqləmiş olur. 2021-ci il avqustun 16-da Laçın rayonunun Qorçu kəndində Laçın beynəlxalq hava limanının təməlqoyma mərasimində Prezident İlham Əliyev demişdir:  “Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”.

           Qarabağın hava qapısı hesab olunan Füzuli, eləcə də Zəngilandan sonra Laçında  Beynəlxalq Hava Limanı ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə  turizm potensialının  artırılmasına  da geniş imkanlar açacağı şübhəsizdir. İstismara hazırlanan Laçın hava limanı həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Sovet dövründə bu ərazidə hava limanının tikilməsi mümkün olmasa da, bu gün müstəqil Azərbaycan bunu öz gücü hesabına həyata keçirir. Bu ölkəmizin həm texniki və maliyyə imkanlarının, həm də bu layihəni reallaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyilə güclü siyasi iradənin olduğunu sübut edir.  Məlumat üçün qeyd edək ki, bu hava limanı dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroport olmaq xüsusiyyəti daşıyacaqdır. İndiyə qədər Laçında və ya Kəlbəcərdə heç vaxt hava limanı olmadığını nəzərə alsaq layihənin əhəmiyyəti bir daha nəzərə çarpmaqdadır. Şübhə yoxdur ki, hava limanı bölgədə iqtisadi hərəkətliliyə və turizmə böyük rəvac verəcəkdir. Yaxın vaxtlarda istismara veriləcəkLaçın beynəlxalq hava limanının uçuş-enmə zolağının uzunluğu 3 kilometr, 6 isə təyyarə dayanacağı olacaqdır. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi də asanlaşdıracaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edəcək. Laçın Beynəlxalq Hava Limanında mövcud şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.  Sözsüz ki, Laçın beynəlxalq hava limanının əhəmiyyəti ölkəmiz və region üçün yükdaşımaların asanlaşmasında da olduqca mühüm yer tutacaq. Xüsusilə istehsal olunan sənaye məhsullarının dünya bazarlarına daha sürətli şəkildə çatdırılmasına imkan yaradacaq. İndiyə qədər mümkünsüz hesab olunan bu layihənin həyata keçirilməsi isə respublikamınızın gücünün, iradəsinin və iqtisadi imkanlarının təzahürü kimi tarixə həkk olunacaqdır. Sözsüz ki,  Laçın Beynəlxalq Hava Limanı istismarı ilə düşmənin göz dağına çevriləcək.

 Bu gün Laçın Hava Limanına beynəlxalq ststud verilib. Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Xarici İşlər Nazirliyinə Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərmək tapşırılıb.

            Lider-Media.az

Li


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi