lider-media.az

“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 23,2 min əmək müqaviləsi imzalanıb

Baxış: 347 Tarix: 24-05-2025, 20:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə e-qaydada artıq 23,2 min əmək müqaviləsi imzalanıb. Qeyd edək ki, bu mobil tətbiqə cari ilin mart ayında növbəti yenilik - əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya əlavə olunub. İşəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-Sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur. Vətəndaşlar bu müqavilələri elektron şəkildə (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) rahat şəkildə imzalaya bilirlər. Bu yenilik əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi